• Son tarix: 3 okt, 2027

ERP üzrə satış meneceri

Turn komandası ERP həllərimizin satışını inkişaf etdirəcək təcrübəli satış meneceri axtarır. Siz bizneslərə ticarət, anbar, mühasibat və kadr proseslərini vahid sistemdə idarə etməyə kömək edəcək, yeni müştərilər tapacaq, mövcud müştərilərlə əlaqələri gücləndirəcək və şirkətin böyüməsinə birbaşa töhfə verəcəksiniz.

Tələblər

  • B2B satışda ən azı 2 il təcrübə (ERP, mühasibat və ya biznes proqram təminatı satışı üstünlükdür)
  • Ticarət, anbar, mühasibat və kadr proseslərini başa düşmək
  • Danışıqlar aparmaq və məhsul təqdimatı (demo) keçirmək bacarığı
  • Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
  • CRM sistemləri ilə işləmə təcrübəsi
  • Nəticəyönümlülük və müstəqil işləmək bacarığı

Vəzifələr

  • Potensial müştərilərin — kiçik, orta və iri bizneslərin — axtarışı və onlarla ilk əlaqənin qurulması
  • Müştərinin biznes proseslərinin öyrənilməsi və uyğun ERP modullarının təklif edilməsi
  • ERP sisteminin təqdimatlarının (demo) keçirilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və danışıqların aparılması
  • Müqavilə bağlanana qədər satış prosesinin idarə edilməsi və tətbiq komandası ilə əlaqənin təmin edilməsi
  • Satış planlarının icrası və hesabatların hazırlanması

Niyə bizimlə işləməli

  • Uzaqdan işləmək imkanı ilə çevik iş qrafiki.
  • Müasir avadanlıq (seçimləriniz nəzərə alınır).
  • Rəqabətədavamlı maaş və optimal sosial paket.
  • Tam və peşəkar maliyyə və hüquqi dəstək.
  • Ödənişli məzuniyyət, bayram və xəstəlik günləri — sadəcə öhdəlik deyil, əməkdaşlarımıza verdiyimiz dəyərin əsas hissəsi.

ERP üzrə satış meneceri

Salam! Mənim adım

Mənə bu nömrədən zəng edə bilərsiniz

Uzun müddətdir Turn.az-ı izləyirəm və işləriniz xoşuma gəlir

Mənim CV-mi qəbul edin

Pdf, docx

Cavabınızı səbirsizliklə gözləyirəm

Zəng planlaşdırın

Komandamızla əlaqə saxlamaq üçün tarix, saat və görüşün müddətini seçin.

Nə qədər vaxt lazımdır?